Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti xeyriyyə aksiyasına imza atır.
Belə ki, kinoteatr 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirəcək.Həmin gün kinoteatrda 16 yaşına kimi uşaqlar üçün səhər və gündüz seanslarında pulsuz olaraq “Rif” 3D cizgi filmi nümayiş olunacaq. Cizgi filmi dəniz aləminin canlılarından bəhs edir.Pay adlı balıq gözəl mərcan Rifində yaşayır. Qonşuluqda isə köpəkbalığılarının məkanı yerləşir. Lakin yeganə olaraq Pay anlayır ki, gec-tez köpəkbalığıları onların üzərinə hücum edəcəklər.Odur ki, özünümüdafiəyə hazır olmaq lazımdır. Rif canlıları hər zaman yırtıcı balıqlarla sakit yaşayıblar və heç kimlə müharibə etmək niyyətində deyillər. Pay isə özünümüdafiə etmək üçün məşğələlər təşkil etmək istəyir. Lakin heç kim ona qoşulmur.Beləliklə, o, müdrik tısbağa Nerrisin başçılığı altında döyüş növlərini təkcə öyrənməyə başlayır.Cizgi filmin seansları haqqında məlumatı kinoteatrın internet www.28cinema.az və ya https://www.facebook.com/28Cinema Facebook sosial şəbəkəsindən əldə etmək mümkündür.“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.“28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir.