Pakistanın şərqindəki Kohistan dağlıq bölgəsində əriyən buzlaqda 28 il əvvəl yoxa çıxan kişinin cəsədi tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çoban tərəfindən aşkar edilən cəsəd paltarları ilə birlikdə "Lady Valley" kimi tanınan ərazidə demək olar ki, bütöv halda tapılıb.
Meyitin yanında tapılan şəxsiyyət vəsiqəsində "Naseeruddin” yazılıb. Polis bu məlumatdan 1997-ci ildə bölgədə itkin düşmüş adamın şəxsiyyətini müəyyənləşdirmək üçün istifadə edib. Naseeruddin qar fırtınası zamanı yarığa düşərək itkin düşüb.
Cəsədi aşkar edən çoban Ömər Xan BBC Urdu-ya "Gördüklərim inanılmaz idi. Cəsəd tamamilə bütöv idi; paltarı belə cırılmamışdı" dedi. Polis onun şəxsiyyətini təsdiqlədikdən sonra yerli sakinlər hadisə ilə bağlı əlavə məlumat verməyə başlayıblar.
İslamabaddakı Comsats Universitetinin Ətraf Mühit Elmləri Departamentinin rəhbəri, professor Dr.Muhəmməd Bilal bildirib ki, insan bədəni buzlağa düşəndə qəfil donaraq parçalanmanın qarşısını alır. Buzlaqda oksigen və rütubətin olmaması bədənin mumiyalaşmasına səbəb olur.
Gülay