Bakı Psixologiya Mərkəzinin rəhbəri Xatirə Səfərova və psixoloqlar Novruz Bayramı ilə əlaqədar olaraqa MetroParkda uşaqlar üçün "Şəxsiyyətin kəşfi" adlı təlimləri ödənişsiz keçirib.
Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, təlim martın 22-si saat 11-dən 6-yadək 28 Mall Ticarət Mərkəzinin 4-cü mərtəbəsində davam edəcək. Qeyd edək ki, Bakı Psixologiya Məktəbi hər həftənin şənbə günü ödənişsiz seminarlar, bazar günləri isə böyüklər və kiçiklər üçün qrup terapiyaları keçirdir. Qatılmaq istəyənlər 055 370 92 22070 370 92 22 nömrələrinə zəng edərək qeydiyyatdan keçə bilərlər.