“28 May” metrostansiyası bağlanacaq? - AÇIQLAMA

“28 May” metrostansiyası bağlanacaq? - AÇIQLAMA
SOSİAL
12:10 24.12.2025
767
Artıq uzun müddətdir ki, 28 May metrostansiyasının bağlanacağı ilə bağlı xəbərlər yayılır. Lakin indiyədək bu istiqamətdə konkret addım atılmayıb və hər hansı rəsmi açıqlama verilməyib. 

"Bakı Metropoliteni” QSC-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək:

"Bakı metropoliteninin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində "Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi və "28 May” stansiyasınin yaxınlığındakı şaxtanın inşası başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq. Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək”.

"Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcəkdir”-, deyə qurumdan bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR