"28 May" metrostansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə "Bakı Metropoliteni” QSC-dən bildirilib.
Sərnişin xarici görkəminə görə 65-70 yaş arasında kişi olub.
Qeyd edilir ki, hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib.
Əvəzinə depodan qatar verilib.
Xətlərdə yubanma olub.