'28 May'ın əsas girişi bağlandı

17:19 11.06.2012
1579

Bu gündən etibarən Bakı Metropoliteninin "28 May" stansiyasının əsas girişi bağlanıb.

AZXEBER.COM Day.Az saytına istinadən xəbər verir ki, əsas girişin bağlanması təmir-bərpa işləri ilə əlaqədardır. Təmir işləri çərçivəsində köhnə eskalatorlar yeniləri ilə əvəzlənəcək və eskalatorları sayı 4-ə çatdırılacaq. Yeni çıxışın istifadəyə verilməsinə qədər sərnişinlər stansiyanın digər çıxışından istifadə edə bilərlər. "Cəfər Cabbarlı" stansiyasının da çıxışından istifadə etmək mümkündür. Təmir işlərinin sentyabr ayında başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR