28 yaşlı cazibədar siyasətçidən qalmaqallı açıqlama

DÜNYA
00:24 28.04.2015
2164
İsveç Xristian Demokratlar Partiyasına yenicə sədr seçilən Ebba Busch Thorun "Abort üçün xəstəxanaya gedənləri həkimlər abort etməsin" sözləri ölkədə böyük müzakirəyə səbəb olub.İsveç səhiyyə naziri Vikström 28 yaşlı partiya liderinin açıqlamasının narahatverici olduğunu deyib.Xristian Demokratlar Partiyasının sədri Ebba Busch Thorun açıqlamasını "talehsiz və qayğıverici" sayan nazir Qabriel Vikström aborta həkimlərin mane olmasının mövcud səhiyyə qanununun təməl qaydalarına zidd olduğunu söyləyib.Sağlamlıq personalının hər kəsə bərabər şərtlərdə xidmət vermək öhdəliyində olduğunu xatırladan nazir deyib ki, abort etdirmək istəyən qadın və ailələrin aldığı qərara həkimlərin hörmət edərək icra etməsi lazımdır.Qeyd edək ki, bu günlərdə İsveç Xristian Demokratlar Partiyasının rəhbərliyinə seçilən 28 yaşlı Ebba Busch Thor həmdə İsveç parlamentinin ən gənc qadın partiya başçısı olub.
OXŞAR XƏBƏRLƏR