"Valensiya"nın ispaniyalı hücumçusu "Barselona"nın maraq dairəsindədir.
"Valensiya"nın futbolçusu Rodriqo, mövsümün sonunda karyerasını "Barselona"da davam etdirə bilər. Katalonlar İspaniya millisinin üzvünü hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən hesab edir. Yaxın günlərdə tərəflər arasında danışıqların başlayacağı bildirilir.
"Valensiya" ilə 2022-ci ilin iyununa qədər müqaviləsi olan 28 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 26 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
///komanda.az