28 yaşlı gənc bulvarda özünü dənizə belə atdı - VİDEO

MARAQLI
12:49 27.12.2011
8573

Ötən gün günorta saatlarında Dənizkənarı Milli Parkda bir gənc intihara cəhd göstərib. O, gah əlindəki bıçaqla özünə xəsarət yetirəcəyini, gah da dənizə atılaraq intihar edəcəyini bildirib.AZXEBER.COM portalının verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sudan və qurudan əraziyə cəlb olunub. İntihara cəhd edən şəxslə ilkin söhbət zamanı onun 28 yaşlı Ağcabədi rayon sakini, Şirinov Fariz Yusif oğlu olduğu müəyyən edilib. Fariz Şirinovun özünə xəsarət yetirmək istəməsinin səbəbi məlum olmasa da, onun ruhi xəstə olduğu güman edilir.Polis əməkdaşları bir neçə dəfə Şirinovla danışıqlar apararaq onu bu fikrindən daşındırmaq istəsə də, Fariz Şirinov sonradan özünü dənizə atıb. Bu vaxt xilasedicilər onu batmağa qoymayıblar.

OXŞAR XƏBƏRLƏR