28 yaşlı dominikanlı basketbolçu Oskar Kabrera səhhətində yaranan problemdən sonra stress testi zamanı dünyasını dəyişib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 2021-ci ildə oyunun ortasında huşunu itirən və o vaxtdan basketboldan uzaq olan dominikanlı basketbolçu Oskar Kabrera müalicəsinin bir hissəsi olan stress testi (stress exokardioqrafiya) keçirərkən dünyasını dəyişib.
Fiziki vəziyyətini qiymətləndirmək üçün keçirdiyi stress testindən sonra qəfil dünyasını dəyişən basketbolçu yenidən basketbola qayıtmaq üçün həvəslənirdi.
Qeyd edək ki, Kabrera "Cantbasket 04 Santander", "Pato Basquete" və "Leones de Santo Domingo" kimi klublarda çıxış edib.
Mikayıl