Müğənni Castin Biberin eks sevgilisi, model Kseniya Deli ana olub.
Cütlük övladının adını Anastasiya qoyub.
Qeyd edək ki, Kseniya Castinlə "What Do You Mean" klipinin çəkilişləri zamanı tanış olub.
"Playboy”un keçmiş simalarından olan Deli, "Victoria's Secret” üçün də modellik edib. Milyarder xanımı olan Deli xoşbəxtliyini tez-tez sosial mediadan sərgiləyir.
Xatırladaq ki, həyat yoldaşı modelə evlilik hədiyyəsi olaraq, lüks avtomobil, zinət əşyaları alıb. Ərinə aşiq olduğunu deyən model, ona "kralım, ruhum” deyə, müraciət edir.
///Axşam.az