283 nömrəli məktbədə "Multikultuzalizm ili çərçivəsində "Tolerantlıq, multikulturalizm, həmrəylik" adlı tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözüylə açan məktəbin direktoru Tünzalə Zeynalova deyib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir:
"Ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. 2016-ci ilin multikulturalizm elan olunması da bir daha onu göstərir ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin ən mehriban yaşadığı ölkələrdəndir".
Tədbir şagirdlərin multikulturalizmlə bağlı hazırladığı kompozisiyalar ilə davam edib.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva rəngarəng səhnələrə görə məktəblilərə təşəkkür edib və deyib ki, Azərbaycan tarixən müxtəlif xalqların birgə yaşadığı məkan olub: "Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar və bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur.
Deputat məktəblilərə deyib ki, onların ən ümdə vəzifəsi dərslərini yaxşı oxumaq və daha çox mütaliə etməkdir: "Bir şagird vətənini sevirsə, ilk növbədə dərslərini yaxşı oxumalıdır, daha yaxşı və faydalı vətəndaş kimi formalaşmaq üçün bu mütləqdir. Mənə görə ən böyük vətənpərvər öz işinin öhdəsindən peşəkar gələndir. Siz də dərslərinizi yaxşı oxuyun, boş vaxtlarınızda mütaliə edin, mümkün qədər şou tipli verilişlərə az baxın. Əminəm ki, belə olsa, siz həm dövlət üçün, həm vətən üçün, həm də ailəniz üçün faydalı şəxsiyyət olacaqsız",
Millət vəkili sonda məktəb kollektivinə müəllifi olduğu ""Qənirə Paşayeva ilə addım-addım Qaqauz yeri" kitabını təqdim edib və onlarla xatirə şəkli çəkdirib.
Tədbirdə Təhsil Nazirliyinin və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.