29 ildir mandatı heç kimə verməyən İmamverdi İsmayılov yenə deputat olacaq? - Zəngilan - Qubadlı seçki dairəsində sürpriz rəqiblər

29 ildir mandatı heç kimə verməyən İmamverdi İsmayılov yenə deputat olacaq? - Zəngilan - Qubadlı seçki dairəsində sürpriz rəqiblər
SOSİAL
16:16 12.07.2024
489
Azərbaycanda növbədənkənar Parlament seçkilərinə qısa müddət qalır.
 
Artıq deputatlığa namizədlərin qeydiyyatı prosesinə start verilib və bəzi partiyalar, müstəqil namizədlər seçkilərdə iştirak edəcəkləri dairələri açıqlayırlar.
 
Parlament seçkilərində ən gərgin mübarizənin gedəcəyi seçki dairələrindən bir də 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi olacaq.
 
AZXEBER.COM-un məlumatına görə, artıq bu dairədən 2 iddialı namizəd deputat olmaq üçün mübarizəyə qoşulub.
 
Bunlardan biri tanınmış professor, "Müsavat" partiyasının namizədi Nəsiman Yaqublu, digəri isə tanınmış jurnalist İntiqam Valehoğludur.
 
Artıq indidən demək olar ki, bu seçki dairəsində çox gərgin seçki prosesi baş tutacaq.
 
Onu da qeyd edək ki, hazırda həmin dairədən deputat İmamverdi İsmayılovdur. o 1995-ci ildən - yəni nə az, nə çox düz 29 ildir ki, millət vəkilidir.
 
İsmayılov YAP-ın namizədi olduğu üçün qarşıdan gələn seçkilərdə yenidən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur. Hakim partiyanın yaxın günlərdə namizədlərini açıqlayacağı gözlənilir. Hakim partiya seçkilərə daha güclü və enerjili namizədlərlə gedəcək. 
 
YAP-ın yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb-sürməyəcəyi yaxın günlərdə məlum olacaq. Ancaq məlumdur ki, cəmiyyət yeni dövrdə yeni simalar görmək istəyir və bu səbəbdən İsmayılovla davam etmək Zəngilan - Qubadlı seçki dairəsində YAP üçün xoşagəlməz sürprizlə nəticələnə bilər. 
 
Altay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"