3 ayın əsgəri vəfat etdi

3 ayın əsgəri vəfat etdi
01:30 17.03.2013
3925

Azərbaycanda daha bir əsgər vəfat edib.O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Bu barədə APA-ya əsgərin yaxınları məlumat veriblər. Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən hərbi xidmətə çağırılan Cəlilabad rayon Şötüklü kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Fikrət oğlu Niftizadə vəfat edib. O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən E. Niftizadənin vəfat səbəbi hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR