Dünən Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan boksçularının da iştirak etdiyi “Strandja-2013” turniri start götürüb.AZXEBER.COM-un məlumatına görə, turnirin ilk günündə Cavid Çələbiyev (56 kq) Stefan Kutsarovun üzərində 16:7 hesabı ilə qələbə qazanıb.Bundan əlavə, Bəhruz Babayev (69 kq) ilk görüşdə Braziliya təmsilçisi Roberto Keyroşa 6:12 hesabı ilə məğlub olub. Münasib Məmmədov (49 kq) bolqarıstanlı idmançı Georgi Andonovu (15:10), Elvin İsayev (64 kq) isə ukraynalı boksçu Dmitro Qrinçenkonu (15:7) məğlub edib.
Qeyd edək ki, “Strandja-2013” turniri fevralın 23-nə kimi davam edəcək.