3 dərəcə şaxta, yağış - Sabahın faktiki HAVASI

3 dərəcə şaxta, yağış - Sabahın faktiki HAVASI
SOSİAL
12:41 12.12.2021
258
Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
OXŞAR XƏBƏRLƏR