Türkiyənin Mardin bölgəsində dünən axşam saatlarında başlayan yanğını buğda əkilən ərazilərə böyük ziyan verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğında təxminən 10 min hektar becərilən buğda yanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Yanğın küləyin təsiri ilə evlərə, buğda sahələrinə və tövlələrə keçib.
Xəbərdarlıq edildikdən sonra əraziyə yanğınsöndürmə briqadaları göndərilib və yanğının qarşısı alınıb.
Oksana