3 milyon manat mənimsəyən xanım bankir danışdı - "DəmirBank"da maxinasiyaların üstü açılır

3 milyon manat mənimsəyən xanım bankir danışdı - "DəmirBank"da maxinasiyaların üstü açılır
TOP4
13:05 22.12.2017
9593

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Fariz Qarayev dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib. Suallara cavab verən F.Qarayev bankda işlədiyi müddətdə Fərəh Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxararaq ona verib. O söyləyib ki, pulların bir çoxunu F.Rəşadətliyə verib.

Digər təqsirləndirilən şəxs Tamamgül Xanlarova ifadəsində deyib ki, keçmiş müdiri Fərəh Rəşadətli ilə çox yaxşı münasibətləri olub: "Bankda əməliyyatçı-xəzinədar olmuşam. Fərəh xanım müdir yox, bizim üçün bacı, dost, yoldaş olub. Nə problemimiz olubsa, yanımızda olub. Həmişə ondan çox yaxşı münasibət görmüşük. Onun nəsə pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbərim yoxdur".

Məhkəmədə zərərçəkmiş Sevda Xəlilova da ifadə verib. O deyib ki, Azərbaycan Beynəlxalq Bankda pulu olub.

S.Xəlilova qeyd edib ki, kürəkəni həmin pulları "Dəmirbank"a qoymağı təklif edib.

"Kürəkənim Tural Axunov bizə gəlmişdi. Bankın faiz dərəcələri ilə bağlı çeki gördü. Mənə dedi ki, "Dəmirbank"da tanışım var. Əmanətləri ora qoymaq olar. Mən Beynəlxalq Bankdan başqa heç bir banka güvənmirdim. Amma Tural məni inandırdı. O, bizi Fərəh xanımla tanış etdi. İlk dəfə qızım Firəngizlə getdik. 300 min manat öz adıma, 150 min dollar qızım Firəngizin, 300 min dollar da digər qızım Gülnur Axundovanın adına əmanət qoyduq.

Bir neçə ay faizləri aldım. Amma gecikmələr olurdu. Fərəh xanım özü mənə dedi ki, bankda problemlər var.

Mənə VİP xidmətin olduğunu dedilər və o xidmətdən istifadəni təklif etdilər. Mən də razılaşdım. Bundan sonra da faizləri aldım. Amma bir müddət sonra yenə problemlər yarandı. Mən əmanətimi götürmək üçün Fərəh xanıma müraciət etdim. Amma pulu götürməməyimi xahiş etdi. Bir neçə gün Fərəh xanımla əlaqə saxlaya bilmədim. Neçə dəfə özünün ofisinə getdim. Faizləri də ala bilmədim. Axırıncı dəfə də Fərəh xanım dedi ki, faizləri öz əmanətimlə birlikdə qaytaracaq. Bir müddət sonra yoldaşımla banka getdik. Orada yox idi. Ofisdə Fərəh xanımı görmədim. Onunla əlaqə saxlayanda dedi ki, məbləğ çox olduğu üçün baş ofisə getmək lazımdır. Baş ofisə də getdik. Dedilər ki, sizin adınıza əmanət yoxdur.

Bundan sonra kürəkənimlə, qohumlarımız Axundovlarla problem oldu. Bizim vəkillərimiz eyni idi. Sonra vəkillər də ayrıldı. Baş ofisdən dedilər ki, sizin adınıza pullar götürülüb"- deyə zərərçəkmiş qeyd edib.

S.Xəlilova tələbinin banka qoyduğu əmanətlərin qaytarılması olduğunu deyib.

Zərərçəkən onu da əlavə edib ki, istintaq zamanı Fərəh Rəşadətli ilə üzləşmək istəyib: "Mən bildim ki, Fərəh xanım istintaqda deyib ki, qızım Gülnurun adına olan 300 min manat əmanəti kürəkənim götürüb. Mən bunu soruşmaq istəyirdim. Amma imkan vermədilər".

Sevda Xəlilova qoyduqları əmanətlərə görə aldıqları aylıq faizləri də açıqlayıb. Bildirib ki, 600 min manata görə 7500 manat, 150 min dollara görə isə 1150 dollar faiz alıb.

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.

Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər