Türkiyə Prezident Administrasiyası 3 milyon uyğurun Türkiyəyə gətiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi yayılan iddiaları təkzib edib.
Administrasiyanın açıqlamasında bildirilib ki, Türkiyə ilə Çin arasında belə bir razılaşma və ya danışıqlar aparılmayıb.
İctimaiyyət yalnız rəsmi qurumların açıqlamalarına etibar etməli, sosial şəbəkələrdə yayılan əsassız məlumatlara inanmamalıdır.
Beləliklə, sözügedən xəbərin dezinformasiya olduğu rəsmi şəkildə təsdiqlənib.
/APA