3 polisi öldürən əsgər özünü də güllələdi - VİDEO

DÜNYA
08:14 06.02.2013
1622
Türkiyə Siirt vilayətinin Pervari rayonunda depresiya vəziyyətinə düşən hərbçi polis bölməsinin 3 əməkdaşını avtomatla güllələyərək öldürüb. Hadisə rayonun “İynəli” jandarm-polis bölməsində meydana gəlib. Məlumata görə, 3 polisi öldürdükdən sonra intihara təşəbbüs edən hərbçi ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.Hadisə barədə Siirt valisi Əhməd Aydın rəsmi açıqlama yayıb:“Siirt vilayəti, Pervari rayonu “İynəli” jandarm-polis bölməsində vəzifəli olan siravi Səməd Maya depressiya nəticəsində 5 fevral 2013 tarixdə saat 15.15-də özünə aid “G-3” silahı ilə 3 yoldaşını şəhid edib və özünü də ağır yaralayıb. Yaralı olan siravi Səməd Maya Siirt dövlət xəstəxanasına çatdırılıb. Hadisə barədə araşdırmalar davam edir” – deyə açıqlamada yazılıb.

OXŞAR XƏBƏRLƏR