3 sərnişin onlarla insanı ölümdən qurtardı - VİDEO

3 sərnişin onlarla insanı ölümdən qurtardı - VİDEO
17:00 02.03.2013
1634
Polşada 3 sərnişinin çevik reaksiyası sayəsində 20-yə yaxın insan ölümdən qurtulub. Kyijmark şəhərində sürətlə hərəkət edən avtobusda sürücünün huşunu itirməsilə, bir anlıq sükan idarəsiz qalıb. 2 qadın sükanı öz üzərinə götürərək, maşını təhlükəsiz şəkildə yol kənarında dayandırmağa çalışıb. Lakin onlar nəqliyyat vasitəsini idarə edə bilmədiyindən, maşını bir neçə dəfə yol işarəsi dirəklərinə və sürahiyə çırpıblar. Üstəlik əks yola çıxıblar. Daha sonra köməyə sərnişinlərdən bir kişi gəlib. Avtobus 500 metr irəlilədikdən sonra sürücü özünə gəlib və əyləc sistemini işə salaraq, avtobusu dayandırıb. Bütün bu anlar avtobusun müşahidə kamerasında qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR