3 uşaq atasını öldürən qadın 9 il azadlıqdan məhrum edildi

3 uşaq atasını öldürən qadın 9 il azadlıqdan məhrum edildi
14:02 06.02.2013
1341

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayon sakini 29 yaşlı Şahnaz Ağayevanın məhkəməsi başa çatıb.AZXEBER.COM-un məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qəsdən adam öldürməkdə təqsirli bilinən Şahnaz Ağayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, İsmayıllı rayonunun Aşıqbayram kənd sakini, iki uşaq anası Şahnaz Ağayeva tanışı, Gəzli kənd sakini, 3 uşaq atası Elməddin Əhmədovu aralarında olan mübahisə zəminində ürəyindən bıçaqla vuraraq qətlə yetirib.Qanlı hadisədən xəbər tutan İsmayıllı polisi qadını yaxalayıb.

OXŞAR XƏBƏRLƏR