Zibil konteynerində boğazı və bədəninin müxtəlif yerlərindən bıçaqlanmış vəziyyətdə tapılan 3 uşaq anası Suriyalı Dibe Cevatın qatilinin Abdo Cevat olduğu müəyyən edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Qaziantep bölgəsində baş verib.
Məhəllədəki konteynerə zibil atan vətəndaşlar çuval içində cəsəd görərək vəziyyəti 112 Fövqaladə Hallara xəbər veriblər.
Gələn qruplar konteynerdəki qadının boğazında və bədəninin müxtəlif yerlərində bıçaq xəsarətləri təsbit etdikdən sonra meyit hadisə yerində müayinə olunduqdan sonra morqa aparılıb.
Təhlükəsizlik kamerası qeydləri araşdırıldıqdan sonra müəyyən edilib ki, Abdo Cveat gecə saatlarında həyat yoldaşı Dibe Cevatı bıçaqlayaraq öldürüb, daha sonra onu ədyala büküb kisədəki zibil qabına atıb.
Hadisədən sonra motosikletlə qaçan Abdo Cevat polisin təqibi nəticəsində tutularaq gizləndiyi yerdə saxlanılıb.
Oksana