3 yaşlı Arzunun ölümündə ittiham olunan həkim: –“Biz demirik ki...”

3 yaşlı Arzunun ölümündə ittiham olunan həkim: –“Biz demirik ki...”
SOSİAL
13:01 04.07.2016
10119
Burun-boğaz əməliyyatından sonra dünyasını dəyişən 3 yaşlı Arzu Qurbanlının ölümündə günahlandırılan həkim ittihamlara cavab verib.
Açıqlama verən “Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev ekspertiza rəyinin hələ də açıqlanmadığını bildirib: “Biz də ekspertizanın cavabını gözləyirik. Yəqin ki, hazır olanda ictimaiyyətə məlumat veriləcək. Uşaq qusub. Sadəcə olaraq aspirator nəfəs yoluna salınıb oradan qusuntu kütləsi çıxarılıb. Bunu ekspertiza deyil, biz həkimlər görürük. Mən bilən həmin vaxt valideynlər içəridə olub”.
İ.Ağayev uşağın atası Sənan Qurbanlının “Həkim bəzi media orqanlarına uşağın yeməyini qaytardığını və yeməyin nəfəs borusuna düşdüyü üçün öldüyünü iddia etsə də, razılaşmıram. Çünki həmin gün Arzu heç nə yeməmişdi” fikrinə də münasibət bildirib. Deyib ki, insan heç nə yeməsə də, onun mədəsində həmişə şirə olur: “Biz demirik ki, uşaq nəsə yeyib. Qaydaya görə, mədə boş qalıb narahatlıq verməsin deyə 4 saatdan sonra xəstə su içə bilər. Kütlə deyəndə içdiyi su, yediyi çörək nəzərdə tutulmur. Həmçinin adi mədə şirəsi var. Biz heç nə yeməsək belə mədədə həmişə müəyyən qədər kütlə olur”.
Həkim əməliyyat öncəsi A.Qurbanlıya narkozun çox verildiyi iddiasına isə belə cavab verib: “Mən cərraham, narkoz vermirəm. Bildiyim qədərilə də narkoz ona qaydasında verilib”.
Xatırladaq ki, 3 yaşlı Arzu Qurbanlı iyunun 30-da Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğaz və burun əməliyyatından sonra dünyasını dəyişib. Valideynləri uşağa narkozun çox verildiyini iddia edir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb