3 yaşlı qızcığaz faciəli şəkildə ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Beylikdüzünün Kavaklı məhəlləsində baş verib. Məlumata görə, Zümra Nur adlı 3 yaşlı qız axşam saatlarında həyətdən yoxa çıxıb. Uşağın itdiyini eşidən məhəllə sakinləri uşağı axtarmağa başlayıblar.
Məhəllə sakinləri qızı axtararkən uşağı huşunu itirmiş və mənzilin liftində ağır yaralanmış vəziyyətdə tapıblar. Xəstəxanaya çatdırılan 3 yaşlı qız bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib və dünyasını dəyişib.
Polislər kiçik qızın şübhəli ölümü ilə bağlı araşdırmalara başlayıb.
Ayşən