3 yaşlı uşaq su arxında batdı

3 yaşlı uşaq su arxında batdı
SOSİAL
22:06 23.11.2022
168
Ağdaşda 3 yaşlı uşaq su arxında batıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a  verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR