3 yaşlı uşaq universitetdə oxuyacaq

MARAQLI
14:48 20.06.2013
3930

3 yaşlı uşaq fərqli xüsusiyyətləriylə diqqət çəkir.

AZXEBER.COM-un məlumatına görə, Şervin Sarabi iki yaşında olarkən 200-ə qədər saymağı öyrənib.

O həm də dünyadakı bütün ölkələrin adlarını bilir. Zəka əmsalı 136 olan körpə hələ 10 aylıqkən danışmağa, 20 aylıqkən cümlə qurmağa başlayıb. İngiltərənin Barnsli qəsəbəsində yaşayan Şervin iki yaşı olanda oxumağı öyrənmişdi və ölkə bayraqlarını tanıyırdı.

Uşağın anası Amanda açıqlamasında bildirib ki, "O  inanılmaz zəkaya sahibdir. Hər şey haqqında məlumatı var. Sanki üç yaşında bir uşaqla danışmırsınız. Oğlum xüsusi məktəbdə təhsil alır. İmtahanlardan uğurla keçib ən qısa zamanda universitetə başlamağını ümid edirəm”.

Turxan

OXŞAR XƏBƏRLƏR