ABŞ Demokratlar Partiyasının 30 nəfərlik konqresmenlər qrupu Co Baydeni Vladimir Putinlə birbaşa danışıqlara çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, demokratlar ABŞ-ın uzun sürən müharibəyə son qoymaq üçün Rusiya ilə müntəzəm dialoq aparmamasından narahatdırlar.
ABŞ Demokratlar Partiyasının 30 nəfərlik konqresmenlər qrupu ABŞ prezidenti Co Baydeni Ukraynadakı müharibə ilə bağlı strategiyasını kökündən dəyişməyə və birbaşa Rusiya ilə danışıqlar aparmağa çağırıb.
"The Washington Post” qəzetinin yazdığına görə, bazar ertəsi bir qrup konqresmen Ağ Evə məktub göndərib.
Məktubda 30 demokrat Amerika dövlət başçısını atəşkəs üçün şərait tapmaq üçün səyləri ikiqat artırmaqla ABŞ-ın Ukraynaya görünməmiş iqtisadi və hərbi dəstəyini önləyici diplomatik təkan ilə birləşdirməyə çağırıb.
Ayşən