..Bu səhər yuxudan oyananda içimdə qəribə bir hiss baş qaldırdı. Bu, nifrət, qəzəb, qisas hissi idi. Axı, Xocalı Soyqırımının 30-cü ildönümüdü...
Lənətlənmiş ermənilər 31 il öncə Xocalımızı tamamilə yerlə-yeksan etdilər, yandırdılar, xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə dinc sakinlərə qarşı əsl soyqırım törətdilər. O soyuq fevral gecəsi özüylə erməni vəhşiliyinin qılınc kimi kəskinliyini, buz kimi soyuqluğunu, fırtına kimi qəddarlığını gətirdi… 613 nəfərin öldürüldüyü, 1000 nəfərin aldığı güllə yarasından ömürlük əlil qalmağa məhkum olduğu o gecədə 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi… Ümumilikdə, 63 azyaşlı uşağın qətli insanlığın düşməni olan erməni xislətinin dünyaya bəyanı idi.
8 ailənin tamamilə məhv edildiyini, 106 qadının, 70 qocanın erməni hərbçiləri tərəfindən öldürüldüyünü hansı tarix unuda bilər?! Hansı vicdan qəbul edə bilər?! Bir gecədə əsir götürülən 1275 dinc sakindən 150-sinin taleyi hələ məlum deyil… Bu qədər insan taleyini naməlumluğun girdabında yox olmağa məhkum edən ermənilərin vəhşilikləri hansı humanistlik çərçivəsinə sığır ki?! Heç birinə! Ölçüsü olmayan qəddarlıq qarşısında bağışlamaq heç də böyüklük deyil! Ən böyük məram qisasdır!
Diri-diri yandırılan, başları kəsilən insanlar, gözləri çıxarılan körpələr, qarnı süngü ilə yarılan hamilə qadınlar… Bu qədər qandan-qadadan, zülmdən doymayan ermənilərin meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətləri isə sanki bütün dünyaya: "Biz buyuq! Biz insanlığın düşməniyik!” mesajları idi. Amma, qəribəsi budur ki, bu mesajı hələ də anlamayanlar, ya da anlamaq istəməyənlər də tapılır…
…Bu fevral səhərində daxilimdəki qəzəbin ünvanını tanıyıram; onlar erməni vəhşiləridir, onlar Xocalı Soyqırımına imza atanlardır… Bu səhər üzümü onlara tutub demək istədim ki: "31 il əvvəl bu gecəni necə yola saldığınızın fərqindəsinizmi? Həmin gecə etdikləriniz insanlığa sığırmı? Bu əməllərinizlə özünüzə "insan” deməyə utanırsınızmı?”
…Bu səhər onlara - qəddar erməni vəhşilərinə xatırlatmaq istədim ki, 1992-ci ilin bu günündə qar üstünə tökülən hər bir damcı körpə qanına görə insanlıq tarixində məsuliyyət daşıyırlar.
…31 ildir bu səhəri göz yaşıyla açır mənim xalqım. Onlar şəhidlərimizin qanıyla suvarılan torpağımızçün göz yaşı tökür, illər əvvəl Xocalıda göyə yüksələn nalələrin, fəryadların əks-sədasına qulaq söykəyir, heç nəyi, heç kimi unudulmağa layiq bilmir. Bu boyda kədər unudulmaz ki!
Dəfələrlə erməni vəhşilərinə məktub yazmışam, bir Azərbaycan vətəndaşı kimi etirazımı, nifrətimi bildirmişəm, amma, nədənsə, cavab almamışam. Hərdən düşünmüşəm ki, görəsən, etdiklərindən utanıblar deyəmi susublar? Sonra da demişəm: "Yox! Onlar utanmaq adlı insani duyğunu tanısaydılar, heç bu əməlləri törətməzdilər!”
Yox… Onlar, sadəcə, cavab verməyə cürət etməyiblər… Onlarda bu hünər olsaydı, bu cəsarət olsaydı, insanlığa düşmən kəsilməzdilər.
Bu gün bir daha anladım ki, Azərbaycan xalqının bir nümayəndəsi kimi daxilimdəki qəzəb, qisas hissi ildən-ilə, nəinki, öləziyir, əksinə, daha da alovlanır! Bəli, biz qisas istəyirik! Biz ədalət istəyirik! Bu gün biz azad Xocalıya getmək istəyirik. Bu gün Xocalıya getmək hər bir Azərbaycanlı istəyir, təəssüf ki, bu arzu hələ də arzu olaraq qalır. Biz İrəvanımızı istəyirik! Erməni caniləri öz cinayətlərinin cəzasını çəkməlidir!
Bu il yenə məktub yazıb göndərdim. Məktubumu bu sözlərlə bitirdim: "Dərin nifrətlə Azərbaycan xalqı.” Əmin deyiləm ki, mənə cavab verəcəklər. Çox güman ki, həmişəki kimi ittihamlarım, tənqidlərim yenə cavabsız qalacaq. Onlar məktubumu açıb oxuyacaqlar, cavab verməməklə özlərinə bəraət qazandırmağın yollarını axtaracaqlar. Öz yalanlarının arxasında gizlənmək ermənilərə xas olan xüsusiyyətlərdəndir. Amma, onlar unudur ki, Azərbaycan xalqı qisas gününü səbirsizliklə gözləyir. O gün gələcək və həmin gün zəfər bizim-Azərbaycan xalqının olacaq!
…31 ildi Xocalıda amansızlıqla öldürülən günahsız insanların ruhu da qisas günü çalınacaq zəfər nəğməsinin intizarındadır! İnanıram ki, bu intizar tezliklə sona yetəcək! Bu gün biz azad olunmuş Şuşaya, Ağdama rahat gedirik, ümid edirəm ki, Xocalıya da elə rahat gedəcəyik. 31 ildən sonra Şuşaya, Ağdama əsl sahibləri qayıtdı. Xocalıya da həmçinin qayıdacağıq. Orda da üç rəngli bayrağımız dalğalanacaq. Xocalı bizim and yerimizdir, dərdimizdir, sağalmayan yaramızdır. O yara hələ də ağrıyır. Xocalı - müqəddəs yerdi. Xocalı adı gələndə adam istər-istəməz kədərlənir. Hər 26 fevral günü Xocalı qurbanları gəlir gözümün önünə. Biz ora qayıtmayınca onların ruhu rahatlıq tapmayacaq. Biz qayıtmalıyıq! Hökmən. Bu bizim haqqımızdır.
31 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi. O soyuq və dəhşətli gündə Azərbaycan xalqı da ruhən öldü. Sanki ürəyimizi çıxardıb ora bıcaq yaraları yetirdilər. O ürək yarası hələ də sağalmayıb və çətin ki, nə vaxtsa sağalacaq. Çünki yara çox dərindi, ağrı isə dözülməzdi, hələ də sızıldayır və ağlayır. O faciənin qanlı izini ancaq qisas silə bilər. Bəli, biz ruhən ölmüşük, sadəcə xəbərimiz yoxdur...
Leyla Turan