"Toy bazarında muğam ifaçılarının işi çox zəifləyib. Amma toyu bütün aparan elə yerli müğənnilər var ki, 20-30 min manat qazanırlar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov deyib.
O, "Rəngarəng" verilişində qonaq olan zaman bildirib ki, toylara yalnız muğam ifa etmək üçün gedir:
"Toy bazarında muğam ifaçılarının işi çox zəifləyib. İndi xərclər hədsiz dərəcədə çoxdur. Mənim səpgim klassik muğamdır və çalışdığım mudiqiçilər hamısı professionallardır. Mən toy oxuyan müğənni deyiləm, toya gedəndə də yarım saat ancaq muğam oxuyuram. Hər kəs məni gözləyir ki, Pərviz gəlsin muğam oxusun. Amma toyu bütün aparan elə yerli müğənnilər var ki, 20-30 min manat qazanırlar. Natiq Şirinov toyun açılışını böyük komanda ilə edir, qiyməti də 50 min manatdır. Amma mən onun əziyyətini öz gözlərimlə görmüşəm".
Aysel









































