1970-1980-ci illərdə İngiltərədə 30 minə yaxın insanın HİV və ya Hepatit C-yə yoluxmuş qan ilə müalicə olunduğu aşkarlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə minlərlə insana təqribən 12,70 milyard dollar təzminat ödəyəcək.
Bu hadisə dövlət tərəfindən maliyyələşdirilən Milli Səhiyyə Xidmətinin tarixində ən pis müalicə fəlakətlərindən biri kimi yadda qalıb.
Təxminən 30 min adama viruslu qan verildiyi təxmin edildiyi halda, bu xəstələrdən təxminən 3 mininin öldüyü güman edilib.
Digər tərəfdən, daha çox sayda insanın bu xəstəlikdən təsirləndiyi güman olunsa da, yoluxmuşların bəziləri heç tapılmayıb.
Baş nazir Rishi Sunakın istintaq hesabatından əvvəl rəsmi üzr istəyəcəyi açıqlanıb. Hökumət daha sonra çərşənbə axşamı səhər tezdən qurbanlar üçün planlaşdırılmış kompensasiya paketini elan edəcək.
Zərərçəkənlər və onların ailələri hələ də belə bir səhvə necə yol verildiyinə dair cavab axtarırlar.
Oksana