30 ukraynalı uşaq Azərbaycana gətirildi

30 ukraynalı uşaq Azərbaycana gətirildi
SOSİAL
20:08 10.07.2025
678
Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.

AZXEBER.COM "Unikal"istinadən xəbər verir ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

Qeyd edək ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
OXŞAR XƏBƏRLƏR