30 yaşlı kişi mağazada bıçaqlandı

30 yaşlı kişi mağazada bıçaqlandı
SOSİAL
09:39 01.04.2026
89
Balakəndə bıçaqlanma hadisəsi olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR