30 yaşlı kişinin balıq tutmaq istəyi faciəyə səbəb oldu

30 yaşlı kişinin balıq tutmaq istəyi faciəyə səbəb oldu
DÜNYA
09:20 22.09.2022
309
Tovuz rayonunda balıq ovu zamanı yerli sakini elektrik cərəyanı vurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, rayonun İsakənd kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüseynov elektrik cərəyanı ilə balıq tutan zaman ehtiyatsızlıq edib. Bu vaxt elektrik cərəyanı onu vurub.

C.Hüseynov ağır halda xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR