300-dən çox avtomobil yol polisi tərəfindən cərimələndi

300-dən çox avtomobil yol polisi tərəfindən cərimələndi
17:33 26.02.2013
751

Paytaxtda nəqliyyatın aramsız və fasiləsiz hərəkətinə mane olan hallara qarşı tədbirlər davam etdirilir.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib.

V.Əsədov bildirib ki, Son 4 gün ərzində dayanma, durma və parklanmanı qadağan edən nişanların təsir zonasında dayanmış nəqliyyat vasitələrinə qarşı avtopatrul maşınlarına quraşdırılmış “bort” komputerlər vasitəsilə tədbir görülməsi üçün 300-dən artıq fotomaterial hazırlanaraq qabaq alın şüşəyə qoyulub.

“Bəzən həmin materialları sürücülər götürüb atırlar. Amma mən o sürücülərin nəzərinə çatdırıram ki, mərkəzi bazada yerləşdirilən cəzaya görə təyin edilmiş cərimə məbləği vaxtında ödənilməlidir.

Əgər cərimə 3 iş günü müddətində ödənilirsə 10 faiz güzəşt edilir, 1 ay ərzində ödəniləcəksə olduğu kimi ödənilməlidir, 1 aydan sonra isə gecikdirilən hər gün üçün cərimə məbləğinin 2 faiz miqdarında dəbbə pulu əlavə edilir” – deyə, V.Əsədov bildirib.

Şöbə rəisi həmçinin qeyd edib ki, sürücü bu cərimə 3 aydan da artıq müddətə ödəməsə onda avtomobil yol hərəkətindən kənarlaşdırılır və cərimə meydançasına aparılır. Təyin edilmiş cərimə məbləği və onun faizi ödənildikdən sonra isə sürücünün sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhrum edilməsi məsələsinə baxılır.

“Müxtəlif bəhanələr gətirməklə məsuliyyətdən yayınmaq istəyirlər. Amma biz sübut olaraq onu çəkib avtomobillərin üzərinə qoyuruq ki, bu da bazada qeydiyyatdan keçir. Yəni, məsuliyyətdən qaçmaq olmaz”.

OXŞAR XƏBƏRLƏR