300 km iplə dünyanın ən uzun kilimi toxundu - FOTOLAR
09:53 06.04.2013
1328
Türkiyənin Hatay vilayətində dünyanın ən uzun kilimi toxunub. “Hataylı Biznesmenlər və Bürokratlar” dərnəyinin təşkilatçılığı ilə toxunan kilimin məqsədi Hatay vilayətinin turizm dəyərini çoxaltmaqdır. Bu barədə məlumat verən dərnəyin sədri İbrahim Gürler 300 km iplə 40 günə toxunan kilimin uzunluğunun 35 metr olduğunu deyib.“Hatayın tarixi 700 min ilə çatır. Hatay 6 imperatorluğun paytaxtı olmuş, mədəniyyətlərin beşiyi bir şəhərdir. Hatayın zəngin mədəniyyətini əks etdirmək, bunu dünyanın ən uzun kilimi ilə göstərmək və şəhərimizin marka dəyərini artırmaq üçün bu addımı atdıq” – deyə sədr bildirib.//anspress