İctimai debatlar başladı

MARAQLI
16:49 19.05.2011
2001
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov iştirakçıları salamlayaraq, yuxarıda adı çəkilən layihə çərçivəsində ikinci debat olduğunu və növbəti aylarda daha iki debatın keçiriləcəyini vurğulayıb. Rufiz Qonaqov deyib ki, “bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı ciddi layihələr həyata keçirilir. Dövlət başçısının qayğısı nəticəsində regionların siması dəyişir, yeni iş yerləri yaradılır. 2013-cü ilə kimi dövlət başçısının qeyd etdiyi kimi bütün şəhər və kəndlər qazlaşdırılacaq. Demək olar ki, ölkənin 95% tam olaraq qazla təmin ediləcək. Cənab prezidentin göstərişi ilə Azərbaycanda başlanılan və Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin rəhbərlyi ilə həyata keçirilən anti-krorrupsiya tədbirləri həyata keçirilən proqramlaırn şəffaflığını və səmərəliliyini daha da artıracaqdır. Biz QHT-lər dövlətin bu siyasətini bəyənirik və Azərbaycanın inkişafı naminə etdiyi bütün məsələlərdə onların yanındayıq”.

Tədbirdə məruzəçi kimi təqdim olunmuş iqtisadçı-ekspert Məhəmməd Talıblı çıxışında bu proqramın ortaya çıxma zərurəti, I Dövlət Proqramının hədəfləri və məqsədləri,onun nəticəliliyinin qiymətləndirilməsi üsulları və ondan gözləntilər, proqramın həyata keçirilməsində maliyyə təminatı mexanizmləri,büdcə ilə tənzimlənmədə bu proqramın rolu və büdcədn alət olaraq istifadə imkanları və nəhayət sonda hər iki Dövlət Proqramı çərçivəsində təkliflər paketini təqdim etdi. Məlumat üçün bildirək ki, M.Talıblı I Dövlət Proqramı ilə bağlı uzunmüddətli proqramın qiymətləndirilməsində və nəticəliliyinin ölçülməsi ilə bağlı başqa bir layihədə ekspert kimi iştirak edərək müəyyən təcrübəyə malikdir.

Gənc Sahibkarlar Klubunun sədri Salman Umudov deyib ki: “dünya iqtisadiyyatında davam edən böhrana baxmayaraq, Azərbaycan İqtisadiyyatı Qlobal maliyyə-iqtisadi böhrana qarşı yüksək davamlılıq nümayiş etdirmiş və ötən illərdə dinamik inkişaf etmişdir. Azərbaycan (Doing Bisness 2010) “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyanın 133 ölkəsi arasında 51-ci, MDB-də isə 1-ci yerdə olmuşdur. Təkcə 2009-cu ildə 2008-ci ilə müqayisədə ÜDM-un real artımı 9% təşkil edərək 29 mld manata çatmışdır. Qeyri-neft sektorunda artım isə 1% olmuşdur. Kənd təsərrüfatınd a artım 3.3% təşkil etmişdir. Ümumiyyətlə 2009-2010-cu illərdə Azərbaycanın iqtisadiyyatında 15% artım olmuşdur. Keçən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcmində də artım olmuşdur. Təkcə 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15 mld manat sərmayə qoyulmuşdur. Görülən işlər nəticəsində Iqtisadiyyatımıza qoyulan sərmayələrin həcminin bu il və 2012-ci ildə daha da artacağı proqnozlaşdırılır”.

OXŞAR XƏBƏRLƏR