AZXEBER.com-un xəbərinə görə, İngiltərə Xarici işlər Naziri William Hague bununla bağlı məlumat yayıb. Onun sözlərinə görə, İngiltərə höküməti Qəddafinin Liviyanı tərk etməsini istəsə də, bu qərarı Liviya xalqı verməlidir.
Qeyd edək ki, İngiltərədən əvvəl Fransa da eyni qərarla çıxış etmişdi. Fransa xarici işlər naziri Alen Jüppe isə Qəddafinin həm mülki, həm də hərbi səlahiyyətlərii təhvil verərək, Liviya xalqı istəsə ölkəsində qala biləcəyini bildirmişdi.