İnternetdə elan: Adam yemək istəyirəm...

MARAQLI
02:44 13.05.2011
1946
Slovakiyada 43 yaşlı kişi öldürüb yeyəcəyi bir adam tapmaq üçün internetdə elan verib.

Özünü məşhur aktyor Anton Hopkins tərəfindən canlandırılan “Hannibal Lecter” obrazına bənzədən bu şəxsin elanına bir İsveç vətəndaşı müsbət cavab verib. 

Razılaşmaya görə, “hannibal” öncə isveçlini zəhərləməli, sonra yaxınlıqdakı bir meşədə ürəyindən bıçaqlamalı, bədənini parçalayaraq, evə gətirməli və yeməli imiş. Ancaq özünün öldürülüb yeyilməsinə razı olan isveçli son məqamda fikrindən vaz keçib və polisə müraciət edib. İsveç polisinin müraciətindən sonra hərəkətə keçən Slovakiya polisi “hannibal”ı yaxalamaq üçün hərəkətə keçib. Polis bu şəxsi yaxalamaq üçün əməkdaşlarından birini isveçli qurban kimi qələmə verib. Lakin “hannibal”ı aldatmaq çətin olub və o, polislərə atəş açıb. Bir polis əməkdaşı ağır yaralanıb. İki uşaq atası olduğu üzə çıxan “Hannibal”a da bir neçə güllə dəyib, vəziyyəti ağırdır. //lent.az

OXŞAR XƏBƏRLƏR