İsa peyğəmbərin üzünün gerçək rəsmi tapıldı - FOTO

MARAQLI
05:35 06.08.2011
2040


Bildirilir ki, Medisonvil şəhərində yaşayan, qonşularının Frosti adıyla tanıdığı 73 yaşlı bir qarı şəklin 17 il əvvəl qaldığı treyleri satın aldığı gündən onun içində olduğunu deyib. Şəkil isə oğurluq nəticəsində ortalığa çıxıb. Kelli Qormli qarının evini qarət edərkən şəkli də götürüb. Sonra onu kilsəyə satmağa çalışanda ruhanilər duyuq düşüb polisə xəbər veriblər. 

Qeyd edək ki, rəsmin xristian dünyası üçün böyük əhəmiyyəti var. Rəvayətə görə, roma əsgərləri peyğəmbəri Qolqofaya çarmıxa çəkməyə apararkən Veronika adlı bir qadın insanları yarıb keçərək ona yaxınlaşıb, üzünün tərini bir dəsmalla silir və peyğəmbərin çöhrəsinin əksi olduğu kimi dəsmala hopur. Papa 13-cü Leonun müqəddəs elan etdiyi tablonun Tennesiyə necə gedib çıxması müəmma olaraq qalır. Hələlik bir açıqlama verməyən Vatikan sadəcə olayı "möcüzə" adlandırmaqla kifayətlənib.

OXŞAR XƏBƏRLƏR