İyulun 18-nə olan hava proqnozu

MARAQLI
21:31 17.07.2011
2033

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 23-26°, gündüz 34-38° isti olacaq.
Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 34-39° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında

əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 20-25° , gündüz 34-38° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 34-39 ° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında

hava əsasən yağmursuz keçəcək.

OXŞAR XƏBƏRLƏR