31 kq-lıq qız hamilə qaldı - FOTO

MARAQLI
13:40 05.07.2013
4868

İngiltərədə yaşayan 8 aylıq hamilə qadın görənlərin heyrətinə səbəb olur. ANS PRESS-in ingilis mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb hamilə qadının qarnının demək olar ki, bilinməməsidir.  Holli Qrifis adlı gənc qadının çəki problemi 9 yaşından başlayıb. 12 yaşında ona anoreksiya diaqnozu qoyulub. 31 kq olanda möcüzəli şəkildə birinci dəfə hamilə qalıb. Bu zaman qabırğaları qırılıb. Lakin buna baxmayaraq, o övladını sağ-salamat qucağına ala bilib.  Hazırda ikinci dəfə 8 aylıq hamilə olan qadın, cəmi 50 kq-dır. Doğuşa bir ay qalmış, o, çəkisini artırmaq üçün əlindən gələni edir.

OXŞAR XƏBƏRLƏR