31 yaşlı kişi kanalda batdı - VİDEO

31 yaşlı kişi kanalda batdı - VİDEO
SOSİAL
15:30 05.09.2024
123
Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR