Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.WS-ə açıqlamasında DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
"Onların izahatları alınıb. Barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - deyə E. İbrahimov qeyd edib.