32 il sonra Ağdama qayıdan sakin: Şükür edirəm ki, öz torpağımdayam - VİDEO

32 il sonra Ağdama qayıdan sakin: Şükür edirəm ki, öz torpağımdayam - VİDEO
SOSİAL
23:17 15.01.2026
764
"Şükür edirəm ki, öz torpağımdayam. Bundan sonra dünyamı dəyişsəm də, dərdim olmaz".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Baku TV"yə 32 il sonra öz doğma yurduna – Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan Həsən Balakişiyev deyib.

O bildirib ki, 39 yaşında övladları ilə birlikdə doğma torpağı tərk etmək məcburiyyətində qalıb: "Biz bu torpaqlara bağlıyıq, burada doğulmuşuq. Böyük oğlum da mənimlə qayıtdı, dedi ki, Bakıda qala bilmərəm".

Digər sakin Rəhilə Qarayeva isə qeyd edib ki, ailəsi ilə birlikdə Xıdırlını 1993-cü ildə tərk edib və uzun illər doğma yurda qayıdış həsrəti ilə yaşayıblar.

Daha ətraflı:

OXŞAR XƏBƏRLƏR