32 yaşlı azərbaycanlı dünya çempionu öldü – YENİLƏNİB

32 yaşlı azərbaycanlı dünya çempionu öldü – YENİLƏNİB
İDMAN
15:12 16.03.2015
1947

Ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub.

Güləşçi Emin Bəşirov uzun davam edən xəstəlikdən sonra vəfat edib.AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Emin Bəşirovun vəfatı ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.

Onun sözlərinə görə, son illər mərhumun federasiya ilə hər hansı bağlantısı olmayıb:

"Mərhum Emin Bəşirov 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. O, 1998-ci ildə Rusiyada yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Danimarkada yeniyetmələr arasında dünya çempionu, 2000-ci ildə Slovakiyada və 2002-ci ildə isə Yuqoslaviyada yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub.

Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub. Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib. Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Xatırladaq ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

14.13

Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.AZXEBER.COM-un azvision.az-a istinadən məlumatına görə, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir.

Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.

Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu