32 yaşlı kişi qaynar ütünü telefonla səhv salaraq üzünə yapışdırdı - FOTO
DÜNYA
17:24 14.12.2012
2404
Polşada ütünü telefonla səhv salan kişi başını bəlaya salıb.AZXEBER.COM-un məlumatına görə, 32 yaşlı Tomaş Paçkovski zeng çalan telefona cavab vermək əvəzinə qaynar ütünü üzünə yapışdırıb.Onun sözlərinə görə, hadisə baş verən günü həyat yoldaşına kömək etmək niyyətində olub. Səhər yeməyindən sonra paltarları ütüləmək istəyib. Ev işlərinə başlamazdan əvvəl isə televizoru yandırıb, pivə açıb və paltar ütüləyə-ütüləyə boksa baxmağa başlayıb.Bu vaxt telefon zəng çalıb. Boksa aludə olan kişi heç düşünmədən ütünü qulağına aparıb. Dərhal hamam otağına qaçan Tomaş yanıq yerini soyuq su ilə yuyub və həkimə müraciət edib.Üzünün yarısını yandıran Tomaş Paçkovski bu hadisədən sonra boksa baxmağı tərgitsə də, həyat yoldaşına kömək etməyə davam edəcəyini deyib.