32 yaşlı qadın iş görərkən 5-ci mərtəbədən yerə düşdü - Abşeronda faciəvi ölüm

32 yaşlı qadın iş görərkən 5-ci mərtəbədən yerə düşdü - Abşeronda faciəvi ölüm
SOSİAL
10:42 19.04.2018
3501
Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 32 yaşlı Əhmədliyeva Səkinə Bəxtiyar qızı yaşadığı evin eyvanında iş görərkən ehtiyatsızlıqdan beşinci mərtəbədən yerə yıxılıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR