Zimbabve Millisinin sabiq qapıçısı Corc Çiqova 32 yaşında dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikada məskunlaşan Zimbabve Millisinin sabiq qapıçısı Corc Çiqova evində dünyasını dəyişib.
Bu barədə qapıçısı olduğu "SuperSport United" klubu açıqlama verib.
Qeyd edək ki, ötən ilin iyulunda komandası ilə məşq edərkən huşunu itirən Çiqovaya ürək xəstəliyi diaqnozu qoyulmuşdu. Bundan sonra komandadan ayrılan Çiqova bir müddət futboldan uzaqlaşmışdı.
Gülay