33 yaşlı kişiyə şüşə ilə ağır xəsarət yetirildi

33 yaşlı kişiyə şüşə ilə ağır xəsarət yetirildi
SOSİAL
09:35 02.02.2026
293
Ağsuda iki nəfər arasında yaranmış mübahisə qanla bitib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəminində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR